Bakı. 3 dekabr. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlində Fransada keçirilən etiraz aksiyalarına dəstək mitinqi keçirilib.
“Report” “yeniakit”ə istinadən xəbər verir ki, akisya iştirakçıları Berlinin Brandenburq qapısı adlanan hissəinə toplaşıblar.
Bildirilb ki, iştirakçılar Fransadakı “sarı jiletlilərin” aksiyasına dəstək şüarları söyləyiblər.
Almaniyadan əvvəl Belçika və Hollandiyada da etiraz aksiyası keçirilib.
Qeyd edək ki, Fransada qiymət artımına qarşı keçirilən “Sarı jiletlilər“in etiraz aksiyası davam edir.
