Almaniyanın Düsseldorf şəhərində (Şimali Reyn-Vestfaliya) Qəzza zolağında sülhü dəstəkləyən nümayişə 2 minə yaxın insan toplaşıb.
"Report"un DPA agentliyinə istinadən verdiyi məlumata görə, nümayişi "Yəhudilər və Fələstinlilər Sülh Uğrunda" təşkilatı elan edib.
Nümayiş “İsrail və Fələstin arasındakı müharibədən zərər çəkənlərin hamısı ilə həmrəylik” şüarı altında keçirilib.
Aksiyada 1 000 nəfərin iştirak edəcəyi açıqlanıb. Polisin məlumatına görə, aksiyaya bundan iki dəfə iştirakçı qoşulub. Təşkilatçılar isə öz növbəsində nümayişçilərin sayının 3 min nəfər olduğunu bildiriblər.