​Almaniyada dəmiryolçular 7 günlük tətil elan ediblər

​Almaniyada dəmiryolçular 7 günlük tətil elan ediblər Bu, vaxtına görə indiyə qədər keçirilən ən uzunmüddətli tətil olmalıdır
Digər ölkələr
4 May , 2015 01:58
​Almaniyada dəmiryolçular 7 günlük tətil elan ediblər

Bakı. 4 may. REPORT.AZ/ Almaniyada dəmiryolçular növbəti, bu dəfə daha uzunsürən tətil etmək qərarına gəliblər.

"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, alman maşinistlərinin Həmkarlar İttfaqı GDL mayın 3-də yük və sərnişin daşımalarında müvafiq olaraq yeddi və altı gün müddətinə xidmətin dayandırılmasına çağırıb.

Yük daşımaları mayın 4-də yerli vaxtla saat 15:00-da, sərnişindaşıma isə 5 may tarixində saat 02:00-də dayandırılacaq. Tətilin 10 may saat 09:00-da başa çatdırılması planlaşdırılır.

Bu, GDL tərəfindən indiyədək keçirilən tətillər içərisində ən uzunu olmalıdır.

Aprelin 20-də aparılan danışıqlardan sonra "Deutsche Bahn" (DB) konserni Həmkarlar İttifaqına iyuldan etibarən əmək haqlarının tədricən 4,7 faiz artırılacağını təklif edib. Təklifdə, həmçinin 1000 avro həcmində birdəfəlik ödənişlərin edilməsi də yer alıb. Lakin Həmkarlar İttifaqı başqa tələblər də irəli sürür. GDL yeni əmək müqavilələrinin, həm də təkcə maşinistlərlə deyil, DB-nın digər əməkdaşları ilə, xüsusilə də, bələdçilərlə bağlanmasını tələb edir.

Son xəbərlər

Orphus sistemi