Almaniyada COVID-19-a yoluxanların sayı 8 milyonu ötüb

Almaniyada COVID-19-a yoluxanların sayı 8 milyonu ötüb Son sutka ərzində Almaniyada daha 34 145 nəfər koronavirusa yoluxub. Bununla da, pandemiya baş qaldırandan indiyədək bu virusa yoluxanların sayı 8 milyon 122 min nəfərə çatıb.
Digər ölkələr
17 Yanvar , 2022 11:47
Almaniyada COVID-19-a yoluxanların sayı 8 milyonu ötüb

Son sutka ərzində Almaniyada daha 34 145 nəfər koronavirusa yoluxub. Bununla da, pandemiya baş qaldırandan indiyədək bu virusa yoluxanların sayı 8 milyon 122 min nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, ölkədə daha 30 nəfər koronavirusun qurbanı olub. Beləliklə, Almaniyada bu səbəbdən ölənlərin sayı 115 649 nəfərə çatıb.

Hazırda Almaniyada koronavirusun “Omikron” ştamı geniş yayılıb.

Peyvənd olunmamış Almaniya vətəndaşlarının restoranlara, teatrlara, konsertlərə, fitnes-klublara getməsinə qadağa tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi