Almaniyada COVID-19-a yoluxanların sayı 197 mini ötdü

Almaniyada COVID-19-a yoluxanların sayı 197 mini ötdü Almaniyada son bir gündə koronavirusa daha 397 yoluxma qeydə alınıb, virusdan 12 nəfər ölüb.
Digər ölkələr
211
8 İyul , 2020 08:22
Almaniyada COVID-19-a yoluxanların sayı 197 mini ötdü

Almaniyada son bir gündə koronavirusa daha 397 yoluxma qeydə alınıb, virusdan 12 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyi ilə bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.

Qeyd edilir ki, Qərbi Avropa ölkəsində COVID-19-a ümumilikdə 197 341 yoluxma aşkarlanıb, epidemiyanın başlanğıcından koronavirusdan 9 036 pasiyent ölüb. Bununla yanaşı, virusa yoluxmuş təxminən 183,1 min insan sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.