Almaniyada daha 620 nəfər koronavirus analizlərinin müsbət nəticəsini alıb.
Bu barədə “Report”
Qeyd edilir ki, ölkədə pandemiya ərzində koronavirusa ümumilikdə 173 777 yoluxma qeydə alınıb. Bundan başqa, bir gündə 57 pasiyent virusun qurbanı olub. Ölkədə ölüm hallarının ümumi sayı 7 881-ə çatıb.
Bu halda COVID-19 infeksiyasından 152,6 min insan sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.