Almaniyada bomba təhlükəsi ilə əlaqədar 10 mindən çox insan təxliyyə edilib

Almaniyada bomba təhlükəsi ilə əlaqədar 10 mindən çox insan təxliyyə edilib Onun zərərsizləşdirilməsi işi zamanı hakimiyyət orqanları bombanın tapıldığı əraziyə 1 kilometr radiusda girişi bağlayıblar
Digər ölkələr
17 Avqust , 2017 05:06
Almaniyada bomba təhlükəsi ilə əlaqədar 10 mindən çox insan təxliyyə edilib
"AFP"

Bakı. 17 avqust. REPORT.AZ/ Almaniyanın Hildeshaym şəhərində 10 mindən çox insan İkinci Dünya Müharibəsindən qalmış bombanın aşkarlanması ilə əlaqədar təxliyyə edilib.

"Report"un məlumatına görə, bu barədə "NDR" telekanalı yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Qeyd olunur ki, bomba çərşənbə gününə keçən axşam, şəhərin mərkəzində tikinti işləri aparılarkən aşkar edilib. Onun zərərsizləşdirilməsi işi zamanı hakimiyyət orqanları bombanın tapıldığı əraziyə 1 kilometr radiusda girişi bağlayıblar.

Bombanın tapıldığı ərazidə YUNESKO-nun Ümumdünya irsinin bir neçə obyekti, o cümlədən Hildeshaym və Müqəddəs Mixail kilsələri yerləşir. 

Son xəbərlər

Orphus sistemi