​Almaniyada bomba həyəcanı səbəbindən Türkiyəyə uçan təyyarənin sərnişinləri təxliyyə edilib

​Almaniyada bomba həyəcanı səbəbindən Türkiyəyə uçan təyyarənin sərnişinləri təxliyyə edilib Anonim zəng "Turkish Airlines" aviaşirkəti ilə Kassel hava limanı arasındakı danışıqlar bitdikdən bir neçə saat sonra daxil olub
Digər ölkələr
5 İyul , 2016 19:57
​Almaniyada bomba həyəcanı səbəbindən Türkiyəyə uçan təyyarənin sərnişinləri təxliyyə edilib

Bakı. 5 iyul. REPORT.AZ/ Almaniya polisi Kassel hava limanından Türkiyəyə uçan təyyarənin sərnişinlərini təxliyə etməyə məcbur olub. Buna təyyarədə bomba partlayacağı barədə xəbər səbəb olub.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, məlumatı "Kassel-live" portalı yayıb.
Yerli KİV-lər bildirib ki, anonim zəng "Turkish Airlines" aviaşirkəti ilə Kassel hava limanı arasında aparılan danışıqlar başa çatandan bir neçə saat sonra daxil olub.

Danışıqların məzmunu barədə məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi