Almaniyada koronavirusa yoluxanların sayı 203,3 mini ötüb

Almaniyada koronavirusa yoluxanların sayı 203,3 mini ötüb “Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox institutu bildirib.
Digər ölkələr
23 İyul , 2020 07:59
Almaniyada koronavirusa yoluxanların sayı 203,3 mini ötüb

Almaniyada bir gündə koronavirusa 569 yoluxma aşkar edilib

“Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun məlumatına görə, bununla da Almaniyada koronavirusa yoluxma hallarının ümumi sayı 203 368-ə çatıb. Bununla yanaşı, COVID-19-dən 9 101 pasiyent ölüb. Qeyd edilir ki, son sutkada daha 6 nəfər infeksiyadan ölüb.

Ölkədə virusa yoluxan təxminən 189 min insan sağalıb.

Almaniyada virusa ən çox yoluxma halı Bavariyada (50 049) qeydə alınıb. Şimali Reyn-Vestfaliyada 46 615, Baden-Vürtemberqdə 36 565 insan COVID-19-a yoluxub. Berlində virusa 8 860 yoluxma aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi