Bakı. 2 yanvar. REPORT.AZ/ Almaniyada zəncirvari yol qəzası baş verib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Bavyera vilayətində, Kempten və Ulm şəhərlərini birləşdirən magistral yolda qeydə alınıb.
Belə ki, ilk öncə yüksək sürətlə hərəkət edən dörd avtomobil yük avtomobili ilə toqquşub. Daha sonra başqa bir avtomobil də qəzaya düşmüş maşınlara çırpılıb.
Hadisə zamanı 6 nəfər ölüb. Ölənlərdən 4-nün qadın olduğu bildirilir.
Qəzada daha 8 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.