Almaniyada avtobus qəzası qurbanlarının sayı 18-ə çatıb - YENİLƏNİB-2

Almaniyada avtobus qəzası qurbanlarının sayı 18-ə çatıb - YENİLƏNİB-2 Avtobus toqquşmadan sonra yanıb
Digər ölkələr
3 İyul , 2017 17:38
Almaniyada avtobus qəzası qurbanlarının sayı 18-ə çatıb - YENİLƏNİB-2

Bakı. 3 iyul. REPORT.AZ/ Almaniyanın Bavariya bölgəsində avtobus qəzası qurbanlarının sayı 18-ə çatıb. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yuxarı Frankoniya polisi “Twitter” səhifəsində yazıb.

*** 16:40

Almaniyanın Bavariya bölgəsində avtobusdan 11 sərnişinin yanmış meyiti çıxarılıb. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya nəqliyyat və infrastruktur naziri Aleksandr Dornbrindt bildirib. 

Onun sözlərinə görə, avtobusdakı 48 sərnişindən 30-u sağ-salamat xilas edilib: “Xilasedicilər və tibb işçiləri hadisə qurbanlarının sayının dəqiqləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir”.


*** saat 12:06

Bakı. 3 iyul. REPORT.AZ/ Almaniyanın Bavariya bölgəsində içərsində turistlər olan avtobusun yük avtomobili ilə toqquşması nəticəsində azı 31 nəfər xəsarət alıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.

İnformasiyaya əsasən, avtobus yük maşını ilə toqquşduqdan sonra yanıb.

Avtobusda 48 sərnişin olub. Onların 17-sinin taleyindən hələ məlumat yoxdur.

İlkin məlumata görə, avtobus Nyürnberqə doğru hərəkət edirmiş. 

Son xəbərlər

Orphus sistemi