Almaniyada atışma olub, xəsarət alanlar var

Almaniyada atışma olub, xəsarət alanlar var Almaniyanın paytaxtı Berlində atışma olub.
Digər ölkələr
21 İyun , 2021 06:43
Almaniyada atışma olub, xəsarət alanlar var

Almaniyanın paytaxtı Berlində atışma olub.

“Report” xəbər verir ki, bu barədə “Bild” bildirib.

Məlumata görə, insident Veddinq rayonu yaxınlığında, Mitte dairəsində baş verib.

Qeyd edilir ki, atışma zamanı 3 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs qaçaraq gizlənib.

İnsidentin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi