Almaniyada aeroport yaxınlığında 250 kq-lıq bomba zərərsizləşdirilib

Almaniyada aeroport yaxınlığında 250 kq-lıq bomba zərərsizləşdirilib Bomba II Dünya müharibəsi zamanı Britaniya tərəfindən atılıb
Digər ölkələr
14 Fevral , 2017 06:57
Almaniyada aeroport yaxınlığında 250 kq-lıq bomba zərərsizləşdirilib

Bakı. 14 fevral. REPORT.AZ/ Almaniyanın Kelsterbax şəhərində aşkar olunmuş II Dünya müharibəsi illərinə aid 250 kiloqramlıq bomba istehkamçılar tərəfindən zərərsizləşdirilib. Şəhər Frankfurt beynəlxalq hava limanının ərazisi ilə sərhəddə yerləşir.

"Report" "dph"ya istinadən xəbər verir ki, əməliyyat zamanı mərmi ətrafında 400 metr radiusunda "təhlükəsiz zona" yaradılıb.

Əməliyyat təqribən 1 saat çəkib və uğurla başa çatdırılıb.

Bildirilir ki, bomba müharibə illərində Britaniya Hərbi Hava Qüvvələri tərəfindən atılıb. Ümumilikdə Almaniyaya 2 milyondan çox mərmi atılıb. Onların təqribən 20 faizi partlamayıb.

Son xəbərlər

Orphus sistemi