Almaniyada 76 islamçının həbsinə order verilib

Almaniyada 76 islamçının həbsinə order verilib Onlar zorakılıq və ya terror aktlarına cəhddə ittiham olunurlar
Digər ölkələr
10 Aprel , 2016 10:21
Almaniyada 76 islamçının həbsinə order verilib

Bakı. 10 aprel. REPORT.AZ/ Almaniya hakimiyyəti 76 islamçının həbsinə order verib. Ölkənin Federal Cinayət Polisi İdarəsi onların istənilən vaxt zorakılıq və ya terror aktlarını törədə biləcəklərini ehtimal edir.

“Report”un məlumatına görə, bu barədə “Welt am Sonntag” nəşri yazıb.

Məlumatda son bir neçə il ərzində ölkəni tərk etmiş 800 müsəlmanın təxminən 60%-nin radikal olduğu qeyd edilir. Eyni zamanda təqribən 130 islamçı Suriyada və Şimali İraqdakı müxtəlif terror qruplaşmalarının tərkibində vuruşaraq ölüblər.

Həmçinin bildirilir ki, onların əksəriyyəti 30 yaşa qədər olan cavanlardır. Alman polisinin məlumatına görə, həmin şəxslərin təxminən üçdə biri terror aktları törətmək üçün ölkəyə qayıtmağa hazırlaşır.

Son xəbərlər

Orphus sistemi