Almaniyada 7 417 nəfər koronavirusdan öldü

Almaniyada 7 417 nəfər koronavirusdan öldü Almaniyada son sutka ərzində 357 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olsa da həyatını itirib.
Digər ölkələr
11 May , 2020 07:15
Almaniyada 7 417 nəfər koronavirusdan öldü

Almaniyada son sutka ərzində 357 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olsa da həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Qeyd edilir ki, epidemiyanın başlanğıcından ölkədə COVID-19-a 169 575 yoluxma halı aşkar edilib, 7 417 ölüm qeydə alınıb.

Bununla yanaşı, koronavirusa yoluxmuş 145,6 mindən çox pasiyent sağalıb.

Ən çox yoluxma halları Bavariyada aşkarlanıb. Burada 44 368 şəxsdə COVID-19 aşkarlanıb.

Eyni zamanda Şimali Reyn-Vestfaliyada 35 132 nəfər virusa yoluxub. Pandemiyanın geniş yayıldığı ərazilər siyahısında Baden-Vürtemberqin (33 190 yoluxma) də adı var. Berlində 6 272 yoluxma qeydə alınıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi