​Almaniyada 4 min 749 qaçqın uşaq itkin düşüb

​Almaniyada 4 min 749 qaçqın uşaq itkin düşüb Həmin uşaq və yeniyetmələrin cinayətkar qrupların əlinə keçməsindən ehtiyat edilir
Digər ölkələr
3 Fevral , 2016 13:21
​Almaniyada 4 min 749 qaçqın uşaq itkin düşüb

Bakı. 3 fevral. REPORT.AZ/ Ötən bir il ərzində Almaniyaya sığınan 4 min 749 qaçqın uşaq itkin düşüb.

"Report" xarici KİV-inə istinadən xəbər verir ki, bu haqda Almaniya Federal Asayiş Dairəsi bildirib.

Məlumata görə, itkin düşən uşaqların 431-i 13 yaşından kiçik, 4 min 287-si isə 14-17 yaş arasındadır. Yalnız ötən ilin 6 ayı ərzində min 637 uşaq itkin düşüb.

Xəbərdə bildirilib ki, həmin uşaq və yeniyetmələrin cinayətkar qrupların əlinə keçməsindən ehtiyat edilir. 

Son xəbərlər

Orphus sistemi