Almaniyada 127 min "Audi" avtomobili geri çağırılır

Almaniyada 127 min "Audi" avtomobili geri çağırılır Bakı. 21 yanvar. REPORT.AZ/ Almaniyanın Federal Avtomobil İdarəsi V6 TDI dizel yanacağı ilə işləyən V6 TDI mühərrikli 127,8 min Audi markalı avtomobili icbari qaydada geri çağırmağı tapşırıb.
Digər ölkələr
21 yanvar 2018 02:25
Almaniyada 127 min Audi avtomobili geri çağırılır
marshall.co.uk

Bakı. 21 yanvar. REPORT.AZ/ Almaniyanın Federal Avtomobil İdarəsi "V6 TDI" dizel yanacağı ilə işləyən "V6 TDI" mühərrikli 127,8 min "Audi" markalı avtomobili icbari qaydada geri çağırmağı tapşırıb.

"Report" RİA "Novosti"-yə istinadən xəbər verir ki, buna səbəb CO2 tullantıları ilə bağlı qalmaqal olub.

Bildirilir ki, A4, A5, A6, A7, A8, Q5 və Q7 modellərində təmizləmə sisteminin qanunsuz söndürülmə mexanizmləri qeydə alınıb.

Bundan əlavə, 2017-ci ildən əvvəl istehsal olunan Audi A8 avtomobillərin satışına qadağa tətbiq edilməsi istisna olunmur.

Fevralın 2-dək "Audi" şirkət yaranmış çətinliklərin aradan qaldırılması üçün idarəyə təşəbbüslərini təklif etməlidir. 

Son xəbərlər

Orphus sistemi