​Almaniyada 10 min nəfər bomba səbəbindən təxliyə edilib

​Almaniyada 10 min nəfər bomba səbəbindən təxliyə edilib Hadisə yerinə mütəxəssislər cəlb olunub
Digər ölkələr
30 Avqust , 2015 23:55
​Almaniyada 10 min nəfər bomba səbəbindən təxliyə edilib

Bakı. 30 Avqust. REPORT.AZ/ Almaniyanın Koblents şəhərində aparılan tikinti işləri zamanı II Dünya müharibəsi dövrünə aid partlayıcı qurğu tapılıb.

“Report” xəbər verir ki, təhlükəli tapıntı səbəbindən 10 min insan 800 metr radiusunda təxliyə edilib.

Hadisə yerinə bombanı zərərsizləşdirmək üçün mütəxəssislər cəlb olunub. Onların sözlərinə görə, bombanın detonatorlarından biri yerin altındadır.

Son xəbərlər

Orphus sistemi