Almaniya XİN: Rusiya mürəkkəb tərəfdaş olaraq qalır

Almaniya XİN: Rusiya mürəkkəb tərəfdaş olaraq qalır Hayko Мааs: "Dialoqu davam etdirmək istəyirik, Rusiyadan konstruktiv töhfə gözləyirik"
Digər ölkələr
19 Mart , 2018 13:10
Almaniya XİN: Rusiya mürəkkəb tərəfdaş olaraq qalır

Bakı. 19 mart. REPORT.AZ/ "Rusiya mürəkkəb tərəfdaş olaraq qalır, lakin beynəlxalq problemlərin həlli Moskva ilə dialoq olmadan mümkün deyil."

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Мааs Brüsseldə Avropa Birliyinin 28 üzv ölkəsinin XİN başçılarının görüşündən əvvəl Rusiyada keçirilmiş prezident seçkilərini şərh edərkən deyib.

"Rusiya mürəkkəb tərəfdaş olaraq qalır, lakin onun yardımı böyük beynəlxalq münaqişələrin həlli üçün lazım olacaq. Dialoqu davam etdirmək istəyirik, Rusiyadan konstruktiv töhfə gözləyirik", - H.Maas bildirib.

Son xəbərlər

Orphus sistemi