Almaniya XİN: "Miqrasiya problemi Avropa İttifaqını parçalayır"

Almaniya XİN: "Miqrasiya problemi Avropa İttifaqını parçalayır" "Biz müharibədən qaçan insanların kütləvi miqrasiya probleminin öhdəsindən güclə gəlirik"
Digər ölkələr
8 Yanvar , 2018 23:18
Almaniya XİN: Miqrasiya problemi Avropa İttifaqını parçalayır

Bakı. 8 yanvar. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) miqrasiya böhranının öhdəsindən gələ bilmir.

“Report” xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib.

"Biz müharibədən qaçan və ya yaxşı pay axtarışında olan insanların kütləvi miqrasiya probleminin öhdəsindən güclə gəlirik. Hərdən elə gəlir ki, o, Avropa İttifaqını parçalayır", — deyə TASS nazirin sözlərini sitat gətirib.

O bildirib ki, Aİ ölkələri qurumun beynəlxalq arenadakı mövqeyini qoruyub saxlamaq üçün fikir ayrılığını aradan qaldırmalıdır.

"Biz növbəti illərdə daxili fikir ayrılıqlarını dəf etməli və Aİ-ni böyük beynəlxalq oyunçuya çevirməliyik", - deyə nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi