Almaniya XİN başçısı Suriyada uçuşlara qadağa zonasının tətbiqini təklif edib

Almaniya XİN başçısı Suriyada uçuşlara qadağa zonasının tətbiqini təklif edib Frank-Valter Ştaynmayer: "Suriyadakı mövcud vəziyyət bıçağın sümüyə dirənməsini xatırladır"
Digər ölkələr
22 Sentyabr , 2016 16:09
Almaniya XİN başçısı Suriyada uçuşlara qadağa zonasının tətbiqini təklif edib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Hələb şəhəri yaxınlığında humanitar yardım karvanına hücumdan sonra Suriyada müvəqqəti - üç gündən yeddi günə qədər uçuşlara qadağa zonasının tətbiqini təklif edib.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

XİN başçısının sözlərinə görə, Suriyadakı mövcud vəziyyət bıçağın sümüyə dirənməsini xatırladır.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ dövlət katibi Con Kerri Rusiya və Suriya hökumətindən hərbi əməliyyatların getdiyi ərazilər üzərində uçuşları dərhal dayandırmağı tələb edib.

Xatırladaq ki, sentyabrın 19-da Suriya ordusu ilə əldə olunmuş yeddigünlük atəşkəs rejiminin müddəti başa çatıb və onlar bu müddəti artırmaqdan imtina ediblər.

Son xəbərlər

Orphus sistemi