Almaniya XİN başçısı Hələbə humanitar hava dəhlizinin yaradılmasını təklif edib

Almaniya XİN başçısı Hələbə humanitar hava dəhlizinin yaradılmasını təklif edib Frank-Valter Ştaynmayer: "Suriya üzrə əlaqə qrupunun üzvləri bu variantı nəzərdən keçirməklə bağlı razılığa gəliblər"
Digər ölkələr
13 Avqust , 2016 13:14
Almaniya XİN başçısı Hələbə humanitar hava dəhlizinin yaradılmasını təklif edib

Bakı. 13 avqust. REPORT.AZ/ Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer Hələbə humanitar yardım göstərilməsi üçün hava körpüsü yaradılmasını təklif edib.

Bu barədə "Report" "Qazeta.Ru"ya istinadən xəbər verir.

"Bundan sonra da Hələbin hər iki tərəfinə humanitar yardım çatdırılması qeyri-mümkün olarsa, ilk növbədə dərmanların hava vasitəsilə çatdırılması barədə düşünməli olacağıq", - XİN başçısının bəyanatında deyilir.

XİN rəhbəri həmçinin Suriya üzrə əlaqə qrupunun üzvlərinin bu variantı nəzərdən keçirməklə bağlı razılığa gəldiklərini söyləyib.

Son xəbərlər

Orphus sistemi