Almaniya XİN başçısı: "Aİ özünü ABŞ-ın sənaye siyasətindən qoruyacaq"

Almaniya XİN başçısı: "Aİ özünü ABŞ-ın sənaye siyasətindən qoruyacaq" ABŞ-da "Amerika hər şeydən əvvəl" şüarı altında sənaye siyasəti həyata keçiriləcəyi təqdirdə Aİ qoruyucu tədbirlər görəcək
Digər ölkələr
1 Avqust , 2017 11:34
Almaniya XİN başçısı: Aİ özünü ABŞ-ın sənaye siyasətindən qoruyacaq

Bakı. 1 avqust. REPORT.AZ/ "ABŞ-da sanksiyaları bəhanə etməklə "Amerika hər şeydən əvvəl" şüarı altında sənaye siyasəti həyata keçiriləcəyi təqdirdə Avropa İttifaqı (Aİ) qoruyucu tədbirlər görəcək."

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel "Rheinische Post" qəzetinə bildirib.

"Bizim üçün Ukrayna böhranının aradan qaldırılması və sansksiyaların mənbəyi olduğu siyasi təzyiqin saxlanılması vacibdir. Bu, yalnız yekdilliklə hərəkət edəcəyimiz təqdirdə mümkün olacaq", - Z.Qabriel vurğulayıb.

Onun sözlərinə görə, Aİ ABŞ-ın sanksiyaları bəhanə edərək "Amerika hər şeydən əvvəl" şüarı altında həyata keçirə biləcəyi sənaye siyasətinə qarşı müdafiə olunacaq.

Son xəbərlər

Orphus sistemi