Almaniya XİN: Aİ-nin Hərbi Planlaşdırma Mərkəzinin yaradılması zaman məsələsidir

Almaniya XİN: Aİ-nin Hərbi Planlaşdırma Mərkəzinin yaradılması zaman məsələsidir Mixael Rot: "Aİ-nin Hərbi Panlaşdırma və Xarici Qeyri-Döyüş Əməliyyatlarının İdarəetmə Mərkəzinin alternativi yoxdur"
Digər ölkələr
15 May , 2017 14:08
Almaniya XİN: Aİ-nin Hərbi Planlaşdırma Mərkəzinin yaradılması zaman məsələsidir
European Western Balkans

Bakı. 15 may. REPORT.AZ/ "Avropa İttifaqının (Aİ) Hərbi Panlaşdırma və Xarici Qeyri-Döyüş Əməliyyatlarının İdarəetmə Mərkəzinin yaradılması zaman məsələsidir, bunun alternativi yoxdur".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot Brüsseldə Aİ Şurasının xarici işlər üzrə iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

"Komanda mərkəzinin yaradılacağı ilə bağlı konsensus əldə etmişik. Məsələ onun nə vaxt reallaşacağıdır. Əminəm ki, Aİ vətəndaşlarının təhlükəsizlik sahəsində birgə işləmək, konkret addımlar atmaqla bağlı müraciətləri eşidiləcək. Sadəcə, bəziləri bunu tez edəcək, bəziləri gec", - M.Rot bildirib.

Xatırladaq ki, bu ilin mart ayında Aİ ölkələrinin xarici işlər nazirləri Hərbi Panlaşdırma və Xarici Qeyri-Döyüş Əməliyyatlarının İdarəetmə Mərkəzinin yaradılmasına razılıq veriblər.

Son xəbərlər

Orphus sistemi