Yuxarı
    Bağlamaq

    Almaniya və Fransa da "İncirlik" bazasından istifadə etmək istəyir

    Fransa və Almaniya Ankaraya rəsmi müraciət ünvanlayıb

    Bakı. 2 dekabr. REPORT.AZ/ Fransa və Almaniya hökümətləri Türkiyənin cənubunda yerləşən NATO-nun "İncirlik" hərbi bazasından istifadə etmək məqsədi ilə Ankaraya rəsmi müraciət ünvanlayıb.

    "Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, sözü gedən bazadan indiyə kimi ancaq ABŞ-a məxsus hərbi təyyarələr istifadə edib. Ancaq yaxın vaxtlarda vəziyyət dəyişə bilər. Çünkü Berlin və Paris İŞİD-ə qarşı daha aktif mübarizə aparmaq istəyir.

    Qeyd edək ki, hazırda Türkiyədə 1200 amerikalı hərbçi var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi