Almaniya Ukraynaya vəd etdiyi "Strela" raketlərinin yalnız 500-nü göndərib

Almaniya Ukraynaya vəd etdiyi "Strela" raketlərinin yalnız 500-nü göndərib Almaniya hakimiyyəti Ukraynaya vəd etdiyi 2 700 "Strela" zenit-raket kompleksindən yalnız 500-nü göndərib.
Digər ölkələr
19 Mart , 2022 02:44
Almaniya Ukraynaya vəd etdiyi Strela raketlərinin yalnız 500-nü göndərib

Almaniya hakimiyyəti Ukraynaya vəd etdiyi 2 700 "Strela" zenit-raket kompleksindən yalnız 500-nü göndərib.

"Report" xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti Ukrayna hökumət dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, transfer yalnız martın 17-də baş tutub.

Qəzet qeyd edib ki, Ukraynaya silah tədarükü məxfi məlumat kimi saxlanılır.

Fevralın 26-da Almaniya hökuməti ilk dəfə olaraq Ukraynaya silah tədarükünü təsdiqləyib. Berlin Kiyevdəki hakimiyyət orqanlarına 1 000 tank əleyhinə silah və 500 "Stinger" raketi göndərmək qərarına gəlib. Martın 2-də silahlar Ukraynaya təhvil verilib.

Son xəbərlər

Orphus sistemi