Almaniya Ukraynaya haubitsa və RYAS tədarükünün baş tutduğunu açıqlayıb

Almaniya Ukraynaya haubitsa və RYAS tədarükünün baş tutduğunu açıqlayıb Almaniya Müdafiə Nazirliyi Ukraynaya vəd edilmiş “Mars-2” reaktiv yaylım atəşi sistemlərinin (RYAS) təhvil verildiyini açıqlayıb.
Digər ölkələr
26 İyul , 2022 23:20
Almaniya Ukraynaya haubitsa və RYAS tədarükünün baş tutduğunu açıqlayıb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya vəd edilmiş “Mars-2” reaktiv yaylım atəşi sistemlərinin (RYAS) təhvil verildiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Müdafiə naziri Kristine Lambrextin bildirdiyinə görə, Ukraynaya, həmçinin üç özüyeriyən haubitsa da verilib.

“Biz sözümüzə əməl edirik”, - o deyib.

Nəşrin yazdığına görə, 80 km radiusda hədəfləri vura bilən qurğu bir dəqiqə ərzində 12 “yer-yer” tipli raket atmağa qadirdir ki, bu da ABŞ-ın “Himars” sistemindən iki dəfə çoxdur. “Bild”, həmçinin Ukraynanın iyulun 25-də Almaniyadan “Hepard tipli ilk zenit tanklarını aldığını da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi