Almaniya Türkiyəyə silah tədarükünü dayandırıb

Almaniya Türkiyəyə silah tədarükünü dayandırıb Tərəflər arasında mövcud olan müqavilələr dondurulub
Digər ölkələr
12 Sentyabr , 2017 00:41
Almaniya Türkiyəyə silah tədarükünü dayandırıb
Foto: Global Look Press/Christian Thiel

Bakı. 12 sentyabr. REPORT.AZ/ Almaniya iki ölkə arasındakı münasibətlərində yaranan böhran səbəbindən Türkiyəyə silah tədarükünü dayandırıb. Tərəflər arasında mövcud olan müqavilələr dondurulub.

"Report" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib.

"Bizim əslində NATO üzrə tərəfdaşa tədarük həyata keçirmək öhdəliyimiz var, amma biz demək olar ki, hər şeyi tamamilə dondurmuşuq", - deyə nazir bildirib.

Qabriel əlavə edib ki, müqavilələr üzrə bəzi razılaşmalar qüvvədədir, orada söhbət silahlardan yox, məsələn, yük maşınlarından gedir.

Son xəbərlər

Orphus sistemi