Almaniya tibbi ləvazimat qıtlığı ilə üzləşə bilər

Almaniya tibbi ləvazimat qıtlığı ilə üzləşə bilər Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyünü “sərt” üsulla, yəni müvafiq saziş imzalanmadan tərk etməsi variantı gerçəkləşərsə, Almaniya tibbi məhsulların qıtlığı ilə üzləşə bilər.
Digər ölkələr
28 Mart , 2019 13:44
Almaniya tibbi ləvazimat qıtlığı ilə üzləşə bilər

Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyünü “sərt” üsulla, yəni müvafiq saziş imzalanmadan tərk etməsi variantı gerçəkləşərsə, Almaniya tibbi məhsulların qıtlığı ilə üzləşə bilər.

“Report” “Handelsblatt”a istinadən xəbər verir ki, bu barədə Almaniyanın səhiyyə naziri Yens Şpan bildirib.

O, belə olan halda ürək stimulatorları, qan analiz vasitələri, implant məhsulları üçün təkrar lisenziya almaq zərurətinin ortaya çıxacağını diqqətə çatdırıb.

“Tibbi təyinatlı on minlərlə məhsul satışı mümkün olmadığından Avropa bazarından yığışdırılacaq”, – nazir deyib.

Son xəbərlər

Orphus sistemi