Almaniya Səudiyyə Ərəbistanına silah tədarükünü tamamilə dayandırıb

Almaniya Səudiyyə Ərəbistanına silah tədarükünü tamamilə dayandırıb Bakı. 19 noyabr. REPORT.AZ/ Almaniya hakimiyyəti Səudiyyə Ərəbistanına silah tədarükünü tamamilə dayandırıb.
Digər ölkələr
19 Noyabr , 2018 16:51
Almaniya Səudiyyə Ərəbistanına silah tədarükünü tamamilə dayandırıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Almaniya hakimiyyəti Səudiyyə Ərəbistanına silah tədarükünü tamamilə dayandırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Buna səbəb jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülməsi göstərilib.

Xatırladaq ki, noyabrın 19-da Almaniyanın xarici işlər naziri Hayko Maas jurnalist Camal Qaşıqçının öldürülməsi ilə əlaqədar Səudiyyə Ərəbistanının 18 vəzifəli şəxsinin Avropa İtifaqına üzv dövlətlərinə, o cümlədən Almaniyaya səfərinin qadağan edildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi