Almaniya hökuməti Səudiyyə Ərəbistanına silah embarqosunun müddətini 30 sentyabra qədər uzadıb.
"Report" RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə alman mətbuatı məlumat verib.
Daha əvvəl Almaniyanın Nazirlər Kabineti embarqonun müddətini mart ayının sonuna qədər uzadıb.
Qeyd edək ki, Almaniya 2018-ci ilin oktyabrından Səudiyyə Ərəbistanına silah ixracını tam dayandırıb.