Almaniya qaçqınlar üçün əlavə 2,6 milyard avro ayıracaq

Almaniya qaçqınlar üçün əlavə 2,6 milyard avro ayıracaq Vəsait 2016-cı ilin büdcəsinə salınan xüsusi ehtiyat fondlardan ayrılacaq
Digər ölkələr
2 Noyabr , 2016 17:38
Almaniya qaçqınlar üçün əlavə 2,6 milyard avro ayıracaq

Bakı. 2 noyabr. REPORT.AZ/ Almaniya hökuməti qaçqınların ehtiyaclarının ödənilməsi üçün daha federal torpaqlara əlavə olaraq 2,6 milyard avro köçürəcək.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, bu vəsait 2016-cı ilin büdcəsinə salınan xüsusi ehtiyat fondlardan ayrılacaq. Vəsaitlərin ayrılması barədə qərar federal torpaqların 2016-cı ilin yanvar ayından avqust ayınadək sığınacaq axtaranlara real xərcləri üzrə maliyyə hesabatı əsasında qəbul edilib.

Ümumiyyətlə, 2015-ci ilin sentyabr ayından etibarən rəsmi Berlin federal torpaqlara bir qaçqın üçün aylıq 670 avro ayırır. 2016-cı ildə bu istiqamətdə 6,9 milyard avro xərclənməsi nəzərdə tutulsa da, əlavələrdən sonra məbləğ 9,5 milyard avroya qədər artıb. Eyni zamanda, Almaniya hökuməti 2017-ci il üçün federal torpaqlara qaçqınların ehtiyaclarının ödənilməsi məqsədilə əvvəlcədən planlaşdırılan 5,72 milyard avrodan əlavə, 1,16 milyard avro ayırmağa qərar verib.

Məlumata görə, ölkənin 2016-ci il üçün büdcəsində qaçqınlara xərc üçün ehtiyat fondlarda 6,1 milyard avro nəzərədə tutulub.

Son xəbərlər

Orphus sistemi