Almaniya polisi İŞİD üzvü olmaqda şübhəli bilinən suriyalı qaçqını saxlayıb

Almaniya polisi İŞİD üzvü olmaqda şübhəli bilinən suriyalı qaçqını saxlayıb O, 2013-cü ildə İŞİD-ə qoşulmaqda və silahlı əməliyyatlarda iştirakda şübhəli bilinir
Digər ölkələr
28 Aprel , 2017 13:44
Almaniya polisi İŞİD üzvü olmaqda şübhəli bilinən suriyalı qaçqını saxlayıb

Bakı. 28 aprel. REPORT.AZ/ Almaniya polisi Suriyada terrorçu İŞİD qruplaşmasının tərkibində döyüşməkdə şübhəli bilinən 23 yaşlı suriyalı qaçqını saxlayıb.

“Report” “DW”-yə istinadən xəbər verir ki, polis onu aprelin 27-də ölkənin cənub-qərbində yerləşən Baden-Vyurtemberq torpağının Biberax dairəsində nəzarətə götürüb.

Aprelin 28-də isə Federal Prokurorluğun əməkdaşları onun yaşadığı mənzildə axtarış aparıb. Məlumata görə, adı açıqlanmayan həmin suriyalı 2013-cü ildə İŞİD-ə qoşulmaqda və silahlı əməliyyatlarda iştirakda şübhəli bilinir.

Son xəbərlər

Orphus sistemi