Almaniya Prezidenti: "Ukraynanı Rusiya ilə danışıqlara məcbur etməyəcəyik"

Almaniya Prezidenti: "Ukraynanı Rusiya ilə danışıqlara məcbur etməyəcəyik" "Biz Ukraynanı məcbur etməyəcəyik. Bu, Ukraynanın daxili işidir".
Digər ölkələr
3 İyul , 2022 18:13
Almaniya Prezidenti: Ukraynanı Rusiya ilə danışıqlara məcbur etməyəcəyik

"Biz Ukraynanı məcbur etməyəcəyik. Bu, onun daxili işidir".

"Report" xəbər verir ki, bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ZDF telekanalına müsahibəsində bildirib.

Ştaynmayerin sözlərinə görə, indi hər şey döyüş meydanındakı nəticədən asılıdır.

"Ukrayna yenidən suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini bərpa etməlidir. Biz Ukrayna üçün elə bir situasiya yaratmalıyıq ki, danışıqlara başlamazdan əvvəl onu gücləndirək, onun danışıqlar aparacağı bir şey olsun", - Almaniya dövlətinin başçısı deyib.

O, Ukraynadakı vəziyyətin Almaniya üçün nəticələrinə toxunaraq vurğulayıb: "Ola bilər ki, bizi hələ çətin illər gözləyir".

Son xəbərlər

Orphus sistemi