Almaniya polisi bolqar jurnalistin qətlində şübhəli bilinənləri saxlayıb

Almaniya polisi bolqar jurnalistin qətlində şübhəli bilinənləri saxlayıb Bakı. 10 oktyabr. REPORT.AZ/ Almaniya polisi bolqar jurnalist Viktoriya Marinovanın qətlində şübhəli bilinən ikinci şəxsi saxlayıb.
Digər ölkələr
10 Oktyabr , 2018 06:09
Almaniya polisi bolqar jurnalistin qətlində şübhəli bilinənləri saxlayıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Almaniya polisi bolqar jurnalist Viktoriya Marinovanın qətlində şübhəli bilinən ikinci şəxsi saxlayıb.

"Report"un məlumatına görə, bu barədə NOVA telekanalı mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, qətl işi ilə bağlı şübhəli kişi, onun həyat yoldaşı və xalası da saxlanılıb. Şübhəli şəxsin DNT analizi hadisə yerində olmuş şəxsin analizi ilə üst-üstə düşüb.

Qeyd edək ki, qətl işi ilə bağlı ilk olaraq Rumıniya vətəndaşı saxlanılıb. Lakin onun cinayətkar olmadığı məlum olub. Buna görə də həmin şəxs sərbəst buraxılıb.

Xatırladaq ki, tanınmış müxalifətçi ərəb jurnalist, “Washington Post” qəzetinin müxbiri C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və itkin düşüb.

Son xəbərlər

Orphus sistemi