Almaniya Müdafiə Nazirliyinin əməkdaşı casusluqda şübhəli bilinir

Almaniya Müdafiə Nazirliyinin əməkdaşı casusluqda şübhəli bilinir Bakı. 15 yanvar. REPORT.AZ/ Almaniya Müdafiə Nazirliyinin (bundesvehr) əməkdaşı Əbdül Həmid bir neçə il ərzində ən məxfi məlumatları İranın gizli xidmət orqanlarına ötürməkdə şübhəli bilinərək saxlanılıb.
Digər ölkələr
15 Yanvar , 2019 17:09
Almaniya Müdafiə Nazirliyinin əməkdaşı casusluqda şübhəli bilinir

Bakı. 15 yanvar. REPORT.AZ/ Almaniya Müdafiə Nazirliyinin (bundesvehr) əməkdaşı Əbdül Həmid bir neçə il ərzində ən məxfi məlumatları İranın gizli xidmət orqanlarına ötürməkdə şübhəli bilinərək saxlanılıb.

“Report” “Deutsche Welle”yə istinadən xəbər verir ki, ölkəşünaslıq və dilçilik məsləhətçisi vəzifəsində çalışan, həm Almaniya, həm də Əfqanıstan vətəndaşı olan, 50 yaşlı Ə.Həmidin həbsi üçün Federal Prokurorluq tərəfindən hələ ötən ilin dekabrın 6-da order verilmişdi.

“Der Spiegel”ə görə, iş vəzifəsilə əlaqədar olaraq, şübhəli Əfqanıstandakı hərbi əməliyyatlar da daxil olmaqla bir çox mühüm məlumatları əldə etmək imkanına malik olub.

Son xəbərlər

Orphus sistemi