Almaniya Maliyyə Nazirliyi büdcə ayırmalarını bloklayıb

Almaniya Maliyyə Nazirliyi büdcə ayırmalarını bloklayıb Almaniya Maliyyə Nazirliyi ölkənin konstitusiya məhkəməsinin köhnə tələb olunmamış kredit vəsaitlərinin yenidən bölüşdürülməsinin qeyri-qanuniliyi ilə bağlı qərarı ilə tanış oduqdan sonra, demək olar ki, bütün büdcə ayırmalarını dondurmaq qərarına gəlib.
Digər ölkələr
21 Noyabr , 2023 08:51
Almaniya Maliyyə Nazirliyi büdcə ayırmalarını bloklayıb

Almaniya Maliyyə Nazirliyi ölkənin konstitusiya məhkəməsinin köhnə tələb olunmamış kredit vəsaitlərinin yenidən bölüşdürülməsinin qeyri-qanuniliyi ilə bağlı qərarı ilə tanış olduqdan sonra, demək olar ki, bütün büdcə ayırmalarını dondurmaq qərarına gəlib.

“Report”un məlumatına görə, bu barədə “Spiegel” jurnalı Maliyyə Nazirliyinin ölkənin bütün idarələrinə göndərilmiş məxfi sənədə istinadən xəbər verir.

Limitlərin dondurulması demək olar ki, bütün nazirliklərin büdcəsinə təsir edəcək. Gələcəkdə büdcəyə lazımsız yük düşməmək üçün əlavə ödənişlər yalnız müstəsna hallarda və yalnız Federal Maliyyə Nazirliyi tərəfindən təsdiq edildikdən sonra mümkün olacaq.

Bu cür tədbirlər, xüsusən də elektrik enerjisinin qiymətlərini saxlamaq üçün hökumətin səylərinin maliyyələşdirilməsinə təsir göstərəcək. Qeyd olunub ki, məhdudiyyətlər Bundestaq, Bundesrat və Federal Konstitusiya Məhkəməsi kimi konstitusiya qurumlarına şamil edilməyəcək.

Son xəbərlər

Orphus sistemi