Almaniya Litvaya 600-dək hərbçi göndərməyi planlaşdırır

Almaniya Litvaya 600-dək hərbçi göndərməyi planlaşdırır İlk qrupun 2017-ci ilin əvvəlində göndərilməsi nəzərdə tutulur
Digər ölkələr
27 Oktyabr , 2016 02:57
Almaniya Litvaya 600-dək hərbçi göndərməyi planlaşdırır

Bakı. 27 oktyabr. REPORT.AZ/ Almaniya NATO-nun Litvadakı çoxmillətli batalyonu üçün 600-dək hərbçi göndərməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu çərşənbə günü Almaniya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Şimali Atlantika Alyansının müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə bildirib.

Onun sözlərinə görə, Bundesver 2017 və 2018-ci illərdə Litvadakı çoxmillətli batalyona 400-600 əsgər göndərmək niyyətindədir və alman hərbçilərinin dəqiq sayı NATO üzrə digər tərəfdaşların nə qədər əsgər göndərəcəyindən asılı olacaq.

"Reuters"in məlumatına görə, Almaniya ilə yanaşı Niderland, Norveç, Belçika, Fransa, Xorvatiya və Lüksemburq da Litvadakı batalyon üçün hərbçi göndərəcək.

DPA xəbər verir ki, alman hərbçilərindən ibarət ilk qrup Litvaya 2017-ci ilin fevral ayında yollanacaq.

Son xəbərlər

Orphus sistemi