Yuxarı

​Almaniya Kəşfiyyat Xidmətinin başçısı istefa verib

Gerhard Şindlerin istefasının səbəbi açıqlanmayıb

Bakı. 27 aprel. REPORT.AZ/ Almaniya federal Kəşfiyyat Xidmətinin (BND) başçısı Gerhard Şindler istefa verib. "Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Məlumata görə, onun səlahiyyət müddəti iki ildən sonra başa çatacaqdı. 2012-ci ildən bu vəzifədə çalışan kəşfiyyatçı iyulun 1-dən istefaya göndəriləcək. Gerhard Şindlerin istefasının səbəbi açıqlanmayıb.

Xəbərə əsasən, bir ilə yaxındır ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin istəyi ilə BND qonşu Avropa dövlətlərində casusluq etdiyi məlum olub. Həmin məsələdə Gerhard Şindlerin də adı hallanıb.

BND-dən sızan məlumatlara əsasən, Fransa prezidenti, Xarici İşlər Nazirliyi, eləcə də Avropa İttifaqı Komissiyasının izlənildiyi ehtimal edilir.

Qeyd edək ki, Ukraynada qəzaya uğrayan "Boinq" "MH17" sərnişin təyyarəsinin birmənalı olaraq rusiyayönlü separatçılar tərəfindən vurulduğu haqda hesabat hazırlanmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi