Bakı. 9 fevral. REPORT.AZ/ Almaniyanın kansleri Angela Merkel ABŞ prezidenti Barak Obama ilə görüşmək üçün Vaşinqtona səfər edib.
"Report" "BBC"yə istinadən xəbər verir ki, danışıqların əsas mövzusu Ukraynadakı vəziyyət olacaq.
Məlumata görə, görüş zamanı A.Merkel B.Obamanı "normand dördlüyü" görüşünün nəticələri ilə tanış edəcək.
Vaşinqtondan sonra Almaniyanın kansleri Kanadaya gedəcək.