Almaniya ilə Fransa Avropa ordusu qurmaq üçün ilk addımı atıb

Almaniya ilə Fransa Avropa ordusu qurmaq üçün ilk addımı atıb Bakı. 22 yanvar. REPORT.AZ/ Kansler Angela Merkel və Prezident Emmanuel Makron Almaniya ilə Fransa arasında əməkdaşlığa dair yeni müqavilə imzalayıblar.
Digər ölkələr
22 Yanvar , 2019 15:26
Almaniya ilə Fransa Avropa ordusu qurmaq üçün ilk addımı atıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Kansler Angela Merkel və Prezident Emmanuel Makron Almaniya ilə Fransa arasında əməkdaşlığa dair yeni müqavilə imzalayıblar.

“Report” DW-yə istinadən xəbər verir ki, Almaniyanın Kansleri A.Merkel sənədin imzalandığı günü “xüsusi gün” adlandırıb.

Yelisey müqaviləsi əsasında Axen müqaviləsi özündə əməkdaşlığın genişləndirilməsini ehtiva edib. İki dövlət arasında Yelisey müqaviləsi 1963-cü ildə imzalanıb.

Sənəd 7 bölmə və 28 maddədən ibarətdir.

A.Merkel bildirib ki, bu sənəd iki ölkə arasında qarşılıqlı fəaliyyətin təməlini qoyur: “Fransa ilə imzalanan yeni müqavilə Avropa ordusunun qurulması istiqamətində ilk addımdır”.

Son xəbərlər

Orphus sistemi