Almaniya hökuməti sosial şəbəkələri yalan xəbərləri silməyə məcbur edir

Almaniya hökuməti sosial şəbəkələri yalan xəbərləri silməyə məcbur edir Yalan xəbər 24 saat ərzində silinməzsə, sosial şəbəkələr 50 milyon avroya qədər cərimə ilə üzləşə bilər
Digər ölkələr
5 Aprel , 2017 16:09
Almaniya hökuməti sosial şəbəkələri yalan xəbərləri silməyə məcbur edir

Bakı. 5 aprel. REPORT.AZ/ Almaniya hökuməti sosial şəbəkələri nifrəti qızışdıran və ya istifadəçiləri çaşdıran xəbərləri silməyə məcbur edən qanun layihəsini təsdiqləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, sənəd ölkənin Nazirlər Kabinetinin iclasında qəbul edilib və qüvvəyə minməsi üçün parlament tərəfindən dəstəklənməlidir.

Almaniyanın ədliyyə naziri Hayko Maas bildirib ki, sosial şəbəkələrin administratorları platformalarında belə məlumatların yayılmasına görə məsuliyyət daşımalıdırlar.

Qanun layihəsinə əsasən, istifadəçilərdən müvafiq şikayət daxil olduqdan sonra 24 saat ərzində məlumat silinməlidir. Əks halda, sosial şəbəkələr 50 milyon avroya qədər cərimə ilə üzləşə bilər.

Eyni zamanda, nazir qanun layihəsinin bu və ya digər formada dövlət senzurası olmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi