Almaniya federal hökuməti "Şimal axını"nında aparılan texniki işlərin və təmirin siyasi motivlərlə davamlı xarakter alacağından narahatdır.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Elektrik enerjisi, qaz, telekommunikasiyalar, poçt və dəmir yolları üzrə agentliyin (BNetzA) rəhbəri Klasus Müller bildirib.
Xatırladaq ki, iyun ayında Rusiya Avropa İttifaqı (Aİ) ölkələrinə təbii qaz ixracını ikiqat azaldıb və bundan ən çox əziyyət çəkən məhz Almaniyadır.
“Qazprom”un isitmə mövsümü başlayanadək Avropa anbarlarının doldurulmasının qarşısını almağa çalışdığı bildirilir.
Avropa Komissiyasının məlumatına görə, Aİ ölkələrinin ümumi enerji balansının təxminən 24%-ni təbii qaz təşkil edir. Aİ təbii qazın 90%-ni idxal edir ki, bunun da 40%-i Rusiyanın payına düşür.