Yuxarı

Almaniya Hərbi Hava Qüvvələri İŞİD-ə qarşı mübarizəni gücləndirirlər

Təyyarələr Türkiyədəki İncirlik hərbi bazasına istiqamət götürüb

Bakı. 5 yanvar. REPORT.AZ/ İŞİD-ə qarşı hava kəşfiyyatı əməliyyatlarında iştirak etmək üçün dörd Tornado təyyarəsi Almaniya aviabazalarından havaya qalxıb.

Dpa agentliyi xəbər verir ki, təyyarələrin ikisi Almaniya Hərbi Hava Qüvvələrinin Şlezvinq-Qolşteyn federal əyalətindəki Yagel aviabazasından, qalan ikisi Büxeldəki (Reynland-Pfalts) bazasından havaya qalxıb. Bu təyyarələr Türkiyədəki "İncirlik" hərbi bazasına istiqamət götürüb.

Bir gün əvvəl hərbi aerobus kəşfiyyat missiyasına qatılmaq, habelə bundesverin yanacaqdoldurma təyyarəsinə xidmət etmək üçün Türkiyə bazasına 140 alman əsgəri çatdırılıb.

Dekabrın ortalarında "Yaqel" aviabazasından havaya qalxan ilk iki təyyarə yaxın günlərdə Almaniya qayıtmalıdır. Bu ayın ortalarında onları əvəzləmək üçün daha iki kəşfiyyatçı təyyarə İncirliyə göndəriləcək.

Beləliklə, İŞİD-ə qarşı mübarizədə iştirak edən Almaniyaya məxsus təyyarələrin sayı altıya çatacaq və bundesver tam həcmdə əməliyyata başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi