Yuxarı

​Almaniya hakimiyyəti 1 milyonadək qaçqın qeydə alıb

Sığınacaq istəyənlərin əksəriyyəti ölkəyə Suriyadan gəlib

Bakı. 8 dekabr. REPORT.AZ/ Noyabrın sonunda Almaniyada 965 000 qaçqın qeydə alınıb.

"Report"un "Die Welt"ə istinadən verdiyi xəbərə görə, hakimiyyətin ilin sonunadək qaçqınların sayının 800 000 nəfərə çatacağı barədə rəsmi proznozları özünü doğrultmayıb.

Noyabrda AFR-nın hakimiyyəti 206 000 miqrant qeydə alıb.

Almaniya XİN rəhbəri Tomas de Mezyeranın sözlərinə görə, sığınacaq istəyənlərin yarıdan çoxu (484 000 nəfərədək) ölkəyə Suriyadan gəlib.

Bir qədər öncə Almaniya kansleri Angela Merkel miqrant axınına nəzarətin gücləndirilməsinin vacibliyinə dair açıqlama vermişdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi