Yuxarı
    Bağlamaq

    Almaniya DİN rəhbəri: "İŞİD Essendə terror aktı planlaşdırmışdı"

    Tomas de Mezyer: Almaniyanın hüquq-mühafizə orqanları ayıq-sayıqdır

    Bakı. 12 mart. REPORT.AZ/ "Essen şəhərindəki ticarət mərkəzində planlaşdırılmış terror aktının arxasında İŞİD dayanırdı".

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Tomas de Mezyer "ARD" telekanalında efirə gedən "Berlin aus Bericht" proqramında bildirib.

    O, qeyd edib ki, Almaniyada terror təhlükəsi yüksək olaraq qalır. "İŞİD terror qruplaşması ilə əlaqə göz qabağındadır" – deyə nazir bildirib.

    Tomas de Mezyer vurğulayıb ki, Almaniyanın hüquq-mühafizə orqanları ayıq-sayıqdır.

    Qeyd edək ki, "WDR" telekanalının verdiyi məlumata görə, Essen polisi bu şəhərin ticarət mərkəzinə planlaşdırılmış terror aktının qarşısını ala bilib. Yerli polis terror aktının aşkar olunmuş mümkün əlamətləri səbəbindən ticarət mərkəzinin bağlanmasına göstəriş verib. Gücləndirilmiş iş şəraitinə keçmiş güc strukturlarının əməkdaşları əraziyə gəlib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi