Yuxarı

Almaniya qondarma "erməni soyqırımı"nı tanıyıb

Qətnaməni parlamentdə deputatları çoxluq təşkil edən qrup təqdim edib

Bakı. 2 iyun. REPORT.AZ/ Almaniya parlamenti qondarma "erməni soyqırımı"nın tanınması barədə qətnamə qəbul edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu gün parlamentdə bununla bağlı səsvermə keçirilib və qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan layihə qəbul olunub.

Qətnaməni parlamentdə deputatları çoxluq təşkil edən qrup - kansler Angela Merkelin Siyasi Partiyalar İttifaqı və Almaniyanın Sosial Demokrat Partiyası, eləcə də "Yaşıllar" Partiyası təqdim edib.

Qətnamədə həmçinin Almaniya hökumətinin tarixi hadisələrə görə məsuliyyətini tanıması, eləcə də 1915-ci il hadisələrini "soyqırım" kimi tanıması əks olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi