Almaniya Bundesratı ordu ilə bağlı 100 milyard avroluq fondun yaradılmasına razılıq verib

Almaniya Bundesratı ordu ilə bağlı 100 milyard avroluq fondun yaradılmasına razılıq verib Almaniya Bundesratı (federal torpaqlar palatası) Silahlı Qüvvələrin gücləndirilməsi üçün 100 milyard avroluq xüsusi fondun yaradılması məqsədilə konstitusiyaya düzəlişlər edilməsinə razılıq verib.
Digər ölkələr
10 İyun , 2022 12:36
Almaniya Bundesratı ordu ilə bağlı 100 milyard avroluq fondun yaradılmasına razılıq verib

Almaniya Bundesratı (federal torpaqlar palatası) Silahlı Qüvvələrin gücləndirilməsi üçün 100 milyard avroluq xüsusi fondun yaradılması məqsədilə Konstitusiyaya düzəlişlər edilməsinə razılıq verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Bundesratın nümayəndələri qərar verib.

Qeyd edək ki, Almaniya hökuməti artıq bu fondun yaradılmasına razılıq verib, Bundestaq isə bunu təsdiqləyib. Əslində, Bundesratda səsvermə formallıq hesab olunurdu.

Xatırladaq ki, xüsusi fondun vəsaiti hesabına yeni silahların alınması və Almaniya Silahlı Qüvvələrinin maddi-texniki bazasının yaxşılaşdırılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi