Almaniya Bəşşar Əsədin əmisi oğlunun dul xanımına sığınacaq verib

Almaniya Bəşşar Əsədin əmisi oğlunun dul xanımına sığınacaq verib Ölkənin Münster Şəhər Məhkəməsi təhlükəsizlik baxımından adı açıqlanmayan qadına siyasi sığınacaq verilməsi haqqında qərar qəbul edib
Digər ölkələr
20 Dekabr , 2017 17:49
Almaniya Bəşşar Əsədin əmisi oğlunun dul xanımına sığınacaq verib

Bakı. 20 dekabr. REPORT.AZ/ Suriyadakı rejimin başçısı Bəşşar Əsədin əmisi oğlunun dul xanımı qaçqın kimi Almaniyadan sığınacaq alıb.

“Report” “RİA Novosti”yə istinadən bildirir ki, ölkənin Münster Şəhər Məhkəməsi təhlükəsizlik baxımından adı açıqlanmayan qadına siyasi sığınacaq verilməsi haqqında qərar qəbul edib.

Məlumata görə, o, 1993-cü ildə Bəşşar Əsədin əmisi oğlu ilə ailə qurub. Onun həyat yoldaşı Suriya ordusunda mühüm vəzifələrdən birini tutub və 2014-cü ildə müəmmalı formada ölüb.

2016-cı ilin yanvarında isə bu qadının oğlunu Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə ittiham edərək 20 il müddətinə azadlıqdan məhrum ediblər. O, küçədə mübahisə zamanı Suriya Hərbi Hava Qüvvələrinin polkovnikini güllələyərək öldürməkdə günahkar bilinib. 

İnformasiyaya əsasən, 2015-c il ildə qadına hücum olub. Ona görə də həmin ilin oktyabrında Suriyanı tərk edərək bir müddət Livanda yaşayıb. 2016-cı ilin iyulunda Almaniyaya sığınıb. Qadın hazırda Almaniyanın Şimali Reyn Vestfaliya torpağının Varendorf rayonunda yaşayır. 

Son xəbərlər

Orphus sistemi