Bakı. 21 dekabr. REPORT.AZ/ Almaniyanın hüquq-mühafizə orqanları paytaxt Berlində baş vermiş terror aktında iştirakda şübhəli bilinən terrorçu haqqında məlumat verən şəxsə 100 000 avro (104260 dollar) məbləğində mükafat vəd edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, terror aktına iştirakda şübhəli bilinən Tunis vətəndaşı, 24 yaşlı Anis Amirinın silahlı və təhlükəli olduğu bildirilir.
Federal Prokurorluq İdarəsi bəyanatında bildirib ki, polisin verdiyi dəstəklə Almaniyanın 16 federal bölgəsində Amiri axtarır.
"Terrorçuluqda şübhəli bilinən şəxs Amrinin boyu 178 santimetr, çəkisi təxminən 75 kq-dır. Qara saçlara və qonur gözlərə malikdir" – deyə prokurorluğun bəyanatında bildirilir.
"Ehtiyatlı olun, o, silahlı ola bilər və təhlükəlidir!" – deyə Federal Prokurorluğun xəbərdarlığında vurğulanır.
Amrinin həmçinin iki şəkili idarənin veb-saytında yerləşdirilib.